Bakıda mağazanın şüşəsini sındırıb oğurluq edən şəxs saxlanılıb

12:31 - 29 Aprel 2019 - HADİSƏ

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır./trend

 

Xəbər xətti