Ana səhifə
15 Noyabr 2018

Qubada ev partladı, 78 yaşlı kişi yandı

Quba rayonunda bədbəxt hadisə baş verib

Hadisə Quba şəhərinin Gənclər küçəsi, mənzil 50 ünvanında qeydə alınıb.

Ev sahibi 78 yaşlı Əlixanov Eynulla Niyətulla oğlu təbii qazla ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb. 

Zərərçəkənin qonşularının verdiyi məlumata görə, mətbəxdə qaz sobası açıq qalıb və içəri qaz dolub. E.Əlixanov sobanı yandıran zaman partlayış baş verib.

E.Əlixanov yanıq xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralıya üzün, hər iki yuxarı ətrafın II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Tibb müəssisəsindən onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar aparılır.(Hafta.az)

 

Tarix
11 Oktyabr 2014 [11:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin