UEFA Neymarı 3 oyunluq cəzalandırıb

21:50 - 26 Aprel 2019 - İDMAN

UEFA Fransanın PSJ komandasının futbolçusu Neymara 3 oyunluq cəza verib. 

Buna səbəb 27 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 finalında evdə İngiltərə "Mançester Yunayted"i ilə görüşdə hakimləri təhqir etməsidir.

Braziliyalı oyunçu 2019-2020 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Parisdəki görüş PSJ-nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fransa təmsilçisi İngiltərədəki qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub etsə də, növbəti mərhələyə yüksələ bilməyib. /report

Xəbər xətti