Rusiyada raket zavodu yanır - VİDEO

18:19 - 26 Aprel 2019 - Xəbər

Rusiyanın Krasnoyarsk şəhərindəki "Krasmaş" raket zavodu yanır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zavod korpuslarından birinin damı yanıb. Yanğın qısa zamanda böyük əraziyə yayılıb və KİV-də yanğının 5 min kvadratmetr sahəni əhatə etdiyi göstərilib.

Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.
Hadisə yerində fövqəladə xidmətlər işləyir. Yanğını dördüncü çətinlik səviyyəsinə aid ediblər.

Xəbər xətti