Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib

15:40 - 26 Aprel 2019 - Xəbər

Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib. Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır. Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini qabaqlayıb. İkinci ən yaxşı nəticə “Carlin” komandasından Nobuharu Matsuşitaya, üçüncü nəticə isə “MP Motorsport”un sürücüsü Cordan Kinqə məxsusdur. (Trend)

Xəbər xətti