Bakıda sevdiyi qızı güllələyib öldürən şəxsə hökm oxunub

13:29 - 26 Aprel 2019 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Qədirov 19 il azadlıqdan məhrum olunub.

İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonu, Qılman Salahov küçəsi, 15 ünvanında Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimov 2001-ci il təvəllüdlü Aytən Cəfərovanı güllələyərək qətlə yetirib, A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovanı əlindən və çiynindən güllələyib./trend

Xəbər xətti