Helikopter qəzaya uğradı: 2 ölü, 2 yaralı

12:43 - 26 Aprel 2019 - HADİSƏ

Venesuelanın Marakaybo rayonunda içində iki generalın və hərbçilərin olduğu helikopter qəzaya uğrayıb. Ucnoqta.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, əvvəlcə bildirilmişdi ki, bir general Alfonso Torreslə, pilot ölüb.

Dəqiqləşdirilmiş məlumata görə, göyərtədə daha bir general, ştatın əməliyyat zonasının rəisi

Suliya Rodriqes və bir kapitan olub. Onlar xəsarətlər alıblar.

Yerli medianın məlumatına görə, Rodriqesin ailəsi onun ölməsi ilə bağlı xəbərləri təkzib edib.

Ölkə prezidenti Nikolas Maduro Torresin və pilot Luisa Urdanetanın ölümü ilə bağlı başsağlığı verib. Həmçinin, göstəriş verib ki, xəsarət alan hərbçilərə köməklik göstərilsin.

Maduronun məlumatına görə, yaralıların vəziyyəti normaldır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Xəbər xətti