Bakıda FACİƏ- Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən bıçaqlandı

11:40 - 26 Aprel 2019 - HADİSƏ

Bakıda kişi sevgilisini bıçaqlayıb.

Ucnoqta.az-ın Lent.az-a istinadla verdiyi məlumata görə, hadisə ötən gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1978-ci il təvəllüdlü  Firəngiz Abdullayeva onunla eyni evə qeyri-rəsmi ər-arvad münasibətində olduğu  1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti