Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,23 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,33 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,7 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,74 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.

Tarix
26 Aprel 2019 [00:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-26 00:02:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin