Bakıda itkin düşən 35 yaşlı qadın tapıldı

22:37 - 25 Aprel 2019 - HADİSƏ

Bakıda itkin düşən qadın tapılıb.

Hadisə aprelin 22-də Sabunçu rayonu ərazisində baş verib. 1984-cü il təvəllüdlü Xasıyeva Günel Abbasəli qızı aprelin 22-də Sabunçu rayonu ərazisində itkin düşüb.

Ailə üzvlərinin müraciətindən sonra polis araşdırmalara başlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində G.Xasıyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbər xətti