Salyanda mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər xəsarət alıb

21:06 - 25 Aprel 2019 - HADİSƏ

Salyan rayonunda “QAZel” markalı mikroavtobusla “Mercedes markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi məlum olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunlar Salyan rayon sakinləri - 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri - 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

***19:37

Salyan rayonunda yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “QAZel” markalı yük maşını ilə “Mercedes markalı avtomobil toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti