İlk addımı Zelenski atdı -“Facebook”dakı adını dəyişdi

19:15 - 25 Aprel 2019 - Xəbər

Ukraynada prezident seçkilərini qazanan aktyor Vladimir Zelenski “Facebook” hesabında istifadəçi adını dəyişib.

 Zelenski ad və soyadını rus dilindən Ukrayna dilinə çevirib. Daha əvvəl “Facebook”da adı “Владимир Зеленский” olan prezident bundan sonra sosial şəbəkədən “Володимир Зеленський” kimi istifadə edəcək.

Qeyd edək ki, Zelenski adını Ali Radada “Dövlət dili haqqında qanun” qəbul edildikdən sonra dəyişib./qafqazinfo

Xəbər xətti