İmişlidə evdən 7 min manatlıq qızıl oğurlanıb

16:14 - 25 Aprel 2019 - HADİSƏ

İmişlidə evdən 7 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.

A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.

Xəbər xətti