CAR-da güclü leysan yağışları – 70 ölü, 1000-dən çox insan evini tərk edib

15:50 - 25 Aprel 2019 - Xəbər

Cənubi Afrika Respublikasının şərqində yerləşən Kavazul-Natal əyalətində baş verən leysan yağışları nəticəsində 70 nəfər ölüb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb. Əyalətin başçısı təsdiq edərək bildirib ki, daha min nəfəri evlərini tərk etməyə məcbur olublar.

Güclü leysan səbəbindən yolları su basıb, infrastruktura ciddi ziyan dəyib, həmçinin evlər dağılıb.

Baş vermiş dağıntıların təmizlənməsinə başlanılıb.

 

Namiq

Xəbər xətti