Lotereyada 768 milyon dollar qazandı- 29 il ərzində hissə-hissə alacaq - FOTO

13:16 - 25 Aprel 2019 - Xəbər

ABŞ-ın Viskonsin ştatının sakini Manuel Franko lotereyada ölkə tarixində ən böyük uduşlardan birinə sahib olub.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Franko lotereyada 768 milyon dollar udub. Qaydalara görə, gənc pulu 29 il ərzində hissə-hissə ala biləcək. Lakin, Franko qərara gəlib ki, uduşun bir hissəsini qurban versin və qalığın hamısını birdən alsın.

Belə ki, qalib sonda 477 milyon dollar əldə edəcək. Bundan sonra da o, 114 milyon yarım federal vergisi ödəməlidir.

Franko deyib ki, “Mənə elə gəlir ki, mən yuxudayam, bu dəqiqə ayılacağam yuxudan. İnana bilmirəm ki, belə sadə oğlanın başına belə hadisə gəlsin. Neçə ki, bəxt mənim üzmə gülüb, mən hazırlaşmıram birdə lotereyada iştirak edim. Ancaq deməliyəm ki, bəxtə görə, birdəfəlik həyatı dəyişmək üçün 2 dollar ödəməyə dəyər. Mənim həyatım tamamilə dəyişdi və mən gələcəyə ümidlə baxıram”.

Ona pulu xərcləməklə bağlı hüquq xidmətinə müraciət etməsini məsləhət görüblər.

Namiq

Xəbər xətti