Rusiya separatçılara vətəndaşlıq verir

00:07 - 25 Aprel 2019 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın cənub-şərq regionunun bir sıra rayonlarının sakinlərinə asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığı almağa icazə verən fərman imzalayıb.

Ucnoqta.az.az Teleqraf.com-a istinadən xəbər verir ki, sənədin mətni Kremlin rəsmi saytında dərc olunub.

“Müəyyən edilsin ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında daimi yaşayan şəxslər Rusiya Federasiyası vətəndaşlığının alınması üçün sadələşdirilmiş qaydada müraciət hüququna malikdir”, – deyə fərmanda bildirilir.

Xəbər xətti