Mingəçevirdə 12 yaşlı uşağı it dişləyib

23:04 - 24 Aprel 2019 - HADİSƏ

Mingəçevirdə küçə iti uşağa hücum edib. 

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında İncilli yaşayış massivində baş verib.  2007-ci il təvəllüdlü massiv sakini Amil Ramin oğlu Mikayılovu küçədə dolaşan sahibsiz it dişləyərək ağır xəsarətlər yetirib.

Xüsusilə də ayaq nayihəsindən ciddi dişlək yarası alan uçaq xəstəxanaya qaldırılıb.
Ona müvafiq peyvənd vurulub və xəsarətinin bərpası üçün əməliyyat olunub.

Xəbər xətti