Salyanda 3 uşaq anası özünü çaya ataraq intihar edib

20:46 - 24 Aprel 2019 - HADİSƏ

Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə kimliyi məlum olmayan bir nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub. Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, batan şəxs 35 yaşlı  Aysel Vaqif qızı Dadaşovadır. O özünü  Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşova 3 azyaşlı uşaq anasıdır və Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Faktla bagli Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşdarı tərəfindən araşdırma aparılır.

Xəbər xətti