Çində baş verən güclü leysan və dolu səbəbindən 20 nəfər xəsarət alıb

19:45 - 24 Aprel 2019 - HADİSƏ

Çinin şərqində baş verən güclü leysan və dolu səbəbindən 20 nəfər xəsarət alıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatında deyilir ki, “Aprelin 23-ü ölkənin şərqində yerləşən Çjesyan əyalətinin Vençjou şəhərində güclü leysan və dolu səbəbindən təxminə 20-dən çox insan xəsarət alıb”.

Qeyd edilir ki, hadisə zamanı yerli kollecin işçiləri və tələbələri də zərər çəkiblər. Onlarda 5 tələbə ağır yaralanıb.

Yerli Təhsil Şöbəsinin direktorunun sözlərinə görə, xəsarət alan tələblərə tibb yardım göstərilib.

Digər təhsil müəssisələrində xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

 

Namiq

Xəbər xətti