Balakən Rayon Polis İdarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, rayonun Gərəkli kənd sakini Arzu Kiçiliyevanın yaşadığı evə baxış zamanı hissələrə bölünmüş ümumi çəkisi 304 qram qurudulmuş marixuana, evin həyatyanı sahəsindən isə 36 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb
Faktla bağlı Balakən Rayon Polis İdarəsində araşdırmalar aparılır.