Futbolçu havada uçan quşu topla vurub öldürdü – Video

16:38 - 24 Aprel 2019 - İDMAN

Rusiyada futbolçu komanda yoldaşına ötürmə verərkən stadion üzərində uçan quşu vurub.

Bu, Rusiya çempionatının 32-ci turunda “Şinnik” və “Tümen” komandaları arasında keçirilən oyun zamanı baş verib. Qarşılaşma 1:0 hesabıyla “Şinnik”in qələbəsilə başa çatıb. Bizimyol.info xəbər verir ki, ötürmə zamanı topun yuxarıda uçan quşa dəydiyini əks etdirən görüntülər komandanın sosial şəbəkələrdəki səhifəsində yayılıb.

Videodan görünür ki, quş stadionun üzərində az hündürlükdə uçub. Uzaq məsafəyə göndərilən top quşa dəyib və zərbədən ölən quş stadiona düşüb.

“Şinnik”in rəhbərliyi deyib ki, oyundan bir gün öncə stadiona ot əkilib. Göyərçinlər toxumdan ötrü orada uçurmuş. Amma stadion göyərçinlərin “hücumundan” ziyan görməyib.

Xəbər xətti