“WhatsApp”dan növbəti Yenilik

16:26 - 24 Aprel 2019 - DİGƏR

Yazışmalarını “screenshot” edə bilməyəcəksiniz

Dünyada milyonlarla istifadəçisi olan “WhatsApp” sosial şəbəkəsi yenilik edəcək. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, insanların həyatına mühüm təsir edəcək yenilik isə yazışmalarla bağlıdır.

Belə ki, şirkət sahibləri insanlar arasındakı yazışmaların gizliliyini qorumaq üçün danışıqların “screenshot” edilməsinin qarşısını alacaq. Bundan başqa şirkət barmaq izi ilə təsdiqləmək üçün də yeniliyə imza atmaq fikrindədir.

Hər iki yenilənmə “WhatsApp”ın növbəti versiyasının dəyişikliyi zamanı nəzərə çarpacaq.

Xəbər xətti