General məxfi sənədləri götürüb ABŞ-a QAÇDI - İran ŞOKDA

15:45 - 24 Aprel 2019 - DÜNYA

İran İnqilab Keşişçiləri Korpusunun (SEPAH) daxili təhlükəsizlik bölməsinin komandiri, briqada generalı Əli Nəsiri minlərlə məxfi sənədlə birlikdə ölkədən qaçıb.

Bu barədə məlumatı ABŞ-da fəaliyyət göstərən “İran rejiminin cinayətlərinin araşdırma mərkəzi” yayıb. Məlumata görə, Nəsiri məxfi sənədlərlə birgə qaçaraq, Yaxın Şərq ölkələrinin birində ABŞ səfirliyinə sığınıb. Onun qaçmasına səbəb kimi dini lider ayətullah Əli Xamneinin nümayəndəsi Hüseyn Taeblə qarşıdurması göstərilir.

İddialara görə, general sığındığı ABŞ səfirliyinə İranın nüvə və raket proqramları, həmçinin, diplomatik pasportlarla fəaliyyət göstərən İran casusları haqqında məxfi sənədləri təqdim edib.
İranın rəsmi mediası Nəsirinin qaçması haqqında heç bir məlumat verməsə də, SEPAH-ın daxili təhlükəsizlik bölməsinin komandiri vəzifəsinə briqada generalı Fəthulla Cumeyrinin təyin edildiyi ilə bağlı informasiyanı dərc edib.

Qeyd edək ki, ABŞ SEPAH-ın adını xarici terror təşkilatları siyahısına salanda sonra hərbi qurumda müəmmalı hadisələr müşahidə olunur. Xüsusilə Xomneinin SEPAH-ın rəhbəri Əli Cəfərini vəzifəsindən azad etməsi, onun yerinə ABŞ və İsrailə qarşı sərt mövqeyi ilə tanınan general Hüseyn Salamini təyin etməsi diqqət çəkir./Publika.az

Xəbər xətti