Taksi sürücüsü maşını ilə MMA döyüşçüsünü öldürdü

15:27 - 24 Aprel 2019 - HADİSƏ

28 yaşlı MMA döyüşçüsü Rodriqo De Lima Uber taksi sürücüsü ilə mübahisədən sonra öldürülüb. Ucnoqta.az “fakty.ua”ya istinadən xəbər verir ki, insident Braziliyanın Bela şəhərində baş verib.

Mərhumun dostu tanınmış döyüşçü Maykl Prazersin sözlərinə görə, De Lima taksidə olub. O, sürücü ilə mübahisə etməyə başlayıb. Sürücü taksini yanacaqdoldurma məntəqəsinin yanında saxlayıb, De Lima düşüb və bir-birlərinə nalayiq sözlər deyiblər. Sonra da sürücü qaza basaraq avtomobili ilə onu vuraraq üstündən keçib.

Polis, qətli törədərək hadisə yerindən qaçan taksi sürücüsünün axtarışlarına başlayıb.

28 yaşlı döyüşçünün arvadı və iki övladı qalıb.

Rodriqo De Lima UFC-də 2 döyüş keçirib və ikisində də uduzub.

O, bütün karyerası ərzində 9 dəfə qələbə qazanıb, üçündə uduzub, biri isə heç-heçə ilə başa çatıb.

 

Namiq

Xəbər xətti