Lerikdə evdən 5 min manat pul oğurlanıb

15:25 - 24 Aprel 2019 - HADİSƏ

Lerikdə evdən 5 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 min manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Yaqubov saxlanılıb.

Xəbər xətti