Xamneyi: Sanksiyalara baxmayaraq neft ixracını davam etdirəcəyik

17:59 - 24 Aprel 2019 - DÜNYA

İran tələb olunduğu qədər neft ixrac etməyə davam edəcək.

Bunu İranın ali lideri Əli Xamneyi öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, ABŞ İranın neft satışlarını boykot etmək cəhdləri heç nəyə gətirib çıxarmayacaq.

Ə.Xamneyi vurğulayıb ki, ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq:

“Onlar ümid edir ki, İran neftin satışını dayandıra bilib. Amma bizim güclü xalqımız və hökumətimiz səylə işləsələr, blokadanı yarmaq olar”./trend

Xəbər xətti