YAP sədrinin müavini diaspor təşkilatlarını tənqid etdi

15:21 - 24 Aprel 2019 - Xəbər

Bəzi diaspor təşkilatları fəaliyyətlərini dövlətdən dəstək almaq üzərində qurmağa çalışırlar. Bu, yanlışdır.

Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən  “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbirdə Baş nazirin müavini, adıçəkilən partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

YAP sədrinin müavini bildirib ki, diaspor təşkilatları xalqa və dövlətə dəstək olmalıdırlar. “Biz də bu istiqamətdə getməyə başlamalıyıq. Güclü dövlətin təsirləri də böyük olur.

Türkiyə və Azərbaycanın gücü artdıqca, təsir dairələrimiz, erməni yalanlarının qarşısını almaq imkanlarımız da genişlənəcək”, - deyən Ə.Əhmədov qeyd edib ki, keçmiş SSRİ hökuməti tərəfindən azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirilib.

“Bununla bağlı rəsmi sənədlər var. SSRİ-nin deportasiya siyasəti ilə bağlı digər xalqlar beynəlxalq səviyyədə məsələlər qaldırıblar.
Ermənilərə qarşı bu vasitədən də istifadə etməliyik”, - deyə Ə.Əhmədov əlavə edib./oxu.az

Xəbər xətti