Bakıda 23 yaşlı qızın intiharının Təfərrüatı

14:21 - 24 Aprel 2019 - Xəbər

Gənc qız valideynlərinin gözü qarşısında intihar etdi

Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində qeydə alınıb. İntihar edən şəxs 1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızıdır. O, özünü binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. 

Olay, aprelin 23-də axşam saat 21.00 radələrində yaşanıb. Bina sakinlərindən əldə etdiyimiz məlumata görə, Firuzə Dadaşova Gənclik metorsu yaxınlığında gözəllik salonunda işləyib. Bəziləri intiharın baş verməsinin əsas səbəbi kimi gözəllik salonunda təxminən min manat pul oğurlanması və bu məsələdə Firuzənin ittiham edilməsini göstərib.

Olayla heç bir bağlılığı olmadığını söyləyən F.Dadaşova son nəticədə intihara edib.
Olay günü Alimlər binası kimi tanınan binada yaşayan Firuzənin valideynləri, xüsusilə də atası ona təskinlik verməyə çalışıb. Böhtanın tezliklə aradan qalxacağını söyləyib.

Lakin gənc qız valiyenlərinin bu təskinliyinə qulaq asmayaraq özünü yaşadığı evdən ailə üzvülərinin gözü qarşısında yerə atıb. Atası intihara mane olmağa çalışsa da qızını tuta bilməyib. Firuzə atasını da itəliyərək intihar edib.

Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir./Hafta.az

Xəbər xətti