Kəlbəcərdə zəlzələ olub

13:10 - 24 Aprel 2019 - ÖLKƏ İÇİ

Kəlbəcər rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təbii fəlakət aprelin 24-də yerli vaxtla saat 11:15-də Gəncə seysmoloji stansiyasından 60 kilometr cənubda Kəlbəcər ərazisində 10 kilometr dərinlikdə 3,4 maqnitudada zəlzələ baş verib.

Yeraltı təkanlar hiss olunmayıb.

Xəbər xətti