Yol nişanı 12 yaşlı məktəblinin başına düşdü

12:48 - 24 Aprel 2019 - HADİSƏ

Rusiyanın Yekaterinburq əyalətində aşan yol nişanı 12 yaşlı məktəblinin başına düşüb.

Ucnoqta.az “RenTV”yə istinadən xəbər verir ki, insident aprelin 23-ü, Sənaye küçəsi ilə Kosmonavt prospektinin kəsişməsində qeydə alınıb. Yeniyetmə xəstəxanaya aparılıb və ilkin tibbi yadım göstərildikdən sonra evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Namiq

Xəbər xətti