Türkiyədə əyləncə mərkəzində ATIŞMA - Ölən və yaralananlar var

11:46 - 24 Aprel 2019 - DÜNYA

Türkiyənin Niğde şəhərində əyləncə mərkəzlərinin birində atışma baş verib.

Hadisə nəticəsində 2 nəfər həlak olub. Daha 4 nəfərin yaralandığı deyilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır qiymətləndirilir.
Həlak olan və yaralıların hamsının Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır./trend

Xəbər xətti