Sumqayıtda polis əməkdaşı döyülüb

10:34 - 24 Aprel 2019 - HADİSƏ

Sumqayıtda polis əməkdaşı xidməti vəzifəsini yerinı yetirərkən xəsarət alıb

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saatlarında şəhərin 34-cü məhəlləsində baş verib. Ərazidə xidmət aparan 1990-cı il təvəllüdlü  Xəlilov Əmrah Elşən oğlu küçədə 2 nəfərin mübahisə etdiyini görərək onları sakitləşdirməyə çalışıb.

Bu zaman xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəflərdən birinin hücumuna məruz qalıb. Çənə nahiyəsindən zədə alan Ə. Xəlilov xəstəxanaya çatdırılıb, ona yardım göstərilib. O, müayinədən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti