"Belə getsə, ölkəmizdə hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək..."- Ekspert

Ölkəmizə idxal olunan avtomobillər üçün idaxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) çox yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib. Ərşad Hüseynovun sözlərinə görə, təxminən 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı:

1. Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması;
2. Yerli avtomobil istehsalının stimullaşdırılması.
"Hesab edirəm ki, hər iki arqument yanlışdır. Birincisi, ona görə ki, ödənişlər aşağı (əlçatan) olanda ölkəyə gətirilən avtomobillərin sayı çox idi. İndi bu say kəskin azalacaq. Nəticədə büdcə əslində itirəcək. Sadə misal: tutaq ki, əvvəl 1000 avtomobil gətirilmişdi və hər birinə görə ortalama 5000 manat gömrük ödənişləri edilmişdi. Bu halda büdcəyə 5 milyon manat daxil olmuşdu. İndi 500 avtomobil gətiriləcək və hər avtomobil üçün artımdan sonra ortalama 8000 manat ödəniləcək. Cəmdə büdcəyə 4 milyon manat və ya 1 milyon az vəsait daxil olacaq"- ekspert qeyd edib.

Ərşad Hüseynov vurğulayır ki, ikinci arqument ona görə yetərli deyil ki, yerli istehsal dediyimiz əslində hazır detallardan yığımdır: "Say çox məhduddur. Ən başlıcası isə bu avtomobillər populyar deyil. Orta statistik Azərbaycan avtomobil həvəskarı ölkədə hazırda yığılan təzə avtomobilə yox, 10 il bundan əvvəl istehsal edilmiş məşhur markalara üstünlük verir. Həm də axı indi ölkəmizdə yığılan avtomobil də ucuz deyil".

Ekspert qeyd edir ki, avtomobil idxalı üçün ödənişlərin ciddi artırılmasının səbəbi ölkəmizə avtomobilləşmə prosesini ləngitməkdir. "Bəli, avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur. Bu qərarı qəbul edənlər düşünürlər ki, ölkəyə gətirilən avtomobillərin sayı ciddi artsa, küçə və yollarımız bu yükə dözməyəcək. 
Amma maraqlıdır ki, insanlar "alternativ" üsullar tapırlar. Məsələn, yollarımızda Gürcüstən dövlət qeydiyyatlı avtomobillərin, avtobusların sayı sürətlə artır. Belə getsə, hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək..."

Tarix
24 Aprel 2019 [10:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-24 10:12:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin