İçərsində 22 nəfər olan təyyarə qəza enişi edib

20:05 - 23 Aprel 2019 - HADİSƏ

“Polar Airlines” şirkətinə məxsus “An-26” təyyarəsi nasazlıq səbəbindən Yakutiya şəhərinə qəza enişi edib.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, Beloy Qorıdan Yakutska uçan təyyarə sol mühərrikində yaranan nasazlıq səbəbindən hava limanına geri dönüb.

Təyyarənin bortunda 16 sərnişin və 6 ekipaj üzvü olub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Namiq

Xəbər xətti