Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq

Avropa İttifaqı (Aİ) ilə sazişlə bağlı uzun müddətdir iş gedirdi.

Bu sazişdə əsas məqsədlərdən biri o idi ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bu sazişdə öz əksini tapsın. Artıq buna nail olmuşuq. Sazişlə bağlı kiçik məsələlərin həlli qalıb və bunlar üzərində işlər gedir.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sazişin imzalanmasına maneə törədən ermənilərdir.

O.Əsədov onu da əlavə edib ki, Azərbaycanın Aİ-nin maliyyə yardımına ehtiyacı yoxdur: “Bizim üçün vacib olan məsələ ərazi bütövlüyümüz və ticari məsələlərdir. Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu, xalqımızın xeyrinə olacaq”.

Tarix
23 Aprel 2019 [12:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-23 12:41:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin