İçərişəhərdə restoran tikilir- Rəsmi Açıqlama

11:17 - 23 Aprel 2019 - Xəbər

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BAKU.WS-ə bildirilib. Məlumatda bildirilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur:

“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir”.

İdarə “İçərişəhər” DTMQ ərazisində Vətənimizin mədəni irsinin qorunması və inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirir”.

Xəbər xətti