Azərbaycanlı 20 il sonra cinayət törətdiyini etiraf edib

Altay Diyarı Komitəsinin müstəntiqləri 20 il əvvəl adam öldürməkdə günahlandırılan azərbaycanlı barəsində olan cinayət işinin istintaqını tamamlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiyanın regionlarından birinin ərazisində saxlanılmış azərbaycanlı cinayət işinin istintaqı zamanı günahkar olduğunu etiraf edib.
İstintaqın məlumatına görə, 1999-cu ildə Barnaul şəhərində yeni il gecəsində azərbaycanlı paltar satıcısı ilə mübahisə edib, ardından onu bıçaqlayaraq hadisə yerindən qaçıb. Sonradan satıcı ölüb, azərbaycanlı isə axtarışa verilib.

Amma o, Qazaxıstanda vətəndaşlıq əldə edərkən şəxsi məlumatlarını tamamilə dəyişib və bu səbəbdən sonradan Rusiyaya sərbəst səfər etmək imkanı qazanıb.
Təqsirləndirilən şəxsin cinayət törətdiyini etiraf etməsindən sonra tamamlanmış istintaq materialları açılmış cinayət işi çərçivəsində məhkəməyə göndəriləcək.

Tarix
23 Aprel 2019 [11:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-23 11:12:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin