Neftçalada orta məktəbə Milli Qəhrəmanın adı verilib

08:18 - 23 Aprel 2019 - Xəbər

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib. 

Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib. Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, mayor Samid İmanov 2016-cı ilin aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından aparmağ istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlamışdı. Səhərə gədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu.

2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

/ONA

Xəbər xətti