Cəlilabad sakini özünü tövlədə asıb

01:30 - 23 Aprel 2019 - HADİSƏ

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Rayonun 1974-cü il təvəllüdlü Uzuntəpə kənd sakini Məmmədov Faiq Məmmədağa oğlu özünü yaşadığı evin həyətində yerləşən tövlədə asıb.

O, dərhal yaxınları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin F.Məmmədov Reanimasiya şöbəsində dünyasını dəyişib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti