Türkiyədən ABŞ-ın qərarına Sərt Reaksiya- "Məcburi göstərişləri qəbul etmirik”

Xəbər verdiyimiz kimi, ABŞ daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün aralarında Türkiyənin də olduğu 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddətini uzatmayacağını açıqlayıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Xarici İşlər naziri sərt açıqlama verib. O, bu qərarın regionda sülh və sabitliyə xidmət etməyəcəyini və İran xalqına zərər vuracağını bildirib:

“Qonşularımızla münasibətləri necə quracağımızla bağlı məcburi göstərişləri qəbul etmirik”.
Qeyd edək ki, 5 noyabr 2018-ci ildə İrana qarşı sanksiyaların ikinci paketi qüvvəyə minib və bu ölkə ilə əməkdaşlıq edən ölkələrə də eyni addımın atılacağı barədə xəbərdarlıq edilib. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana isə 180 günlük güzəşt müddəti verilib.

Tarix
22 Aprel 2019 [22:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-22 22:21:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin