Qadınların üzərinə yol nişanı aşdı: 1 yaralı - VİDEO

15:54 - 22 Aprel 2019 - HADİSƏ

Rusiyanın Sankt-Peterburq şəhərində iki qadının üzərinə yol nişanı aşıb. Ucnoqta.az Rentv-yə istinadən xəbər verir ki, baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.

İnsident aprelin 22-i Petroqradski rayonunda qeydə alınıb.

Kadrlarda görünür ki, iki qadın piyada keçidində dayanıb piyadalar üçün işıqforun yaşıl işığının yanmasını gözləyir.

Lakin, üstlərinə aşan yol nişanı onların yolu keçməsinə mane olub.

Bildirilir ki, yol konstruksiyası yaşlı qadının və qızın başına dəyib.

Yaşlı qadın üçün təcili tibbi yadım çağırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Namiq

Xəbər xətti