Neftçalada balıq oğurlayan 3 nəfər saxlanılıb

12:41 - 22 Aprel 2019 - HADİSƏ

Neftçalada 10 min manatlıq balıq oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, aprelin 4-dən 19-dək olan müddətdə Neftçala rayonundakı balıqçılıq təsərrüfatlarının birindən 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyənləşib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti