PSJ klubu tarixində 8-ci dəfə Fransa çempionu olub

05:28 - 22 Aprel 2019 - İDMAN

PSJ klubu tarixində 8-ci dəfə Fransa çempionu olub. Paris komandası buna XXXIII turda əsas izləyicisi "Lill"in səfərdə "Tuluza" ilə qolsuz heç-heçə etməsindən sonra nail olub. Paytaxt təmsilçisi isə turun son oyununda "Monako"nu evdə 3:1 hesabı ilə məğlub edib. Beləliklə, sona 5 tur qalmış PSJ xallarını 84-ə çatdırıb və 65 xala malik "Lill" üçün əlçatmaq olub. Qeyd edək ki, bu, PSJ-nin ardıcıl ikinci, baş məşqçi Tomas Tuxellə isə ilk çempionluğu olub. ("Report")

Xəbər xətti