Gəncədə 18 yaşlı gənc bıçaqlanıb

00:04 - 22 Aprel 2019 - HADİSƏ

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Belə ki, Goranboy sakini 18 yaşlı Abdulla Kərinov başından bıçaqlanıb.

Yaralı dərhal Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Cinayəti törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Xəbər xətti