Bakıda yanğın olub: 2 azyaşlı tüstüdən zəhərlənib

23:29 - 21 Aprel 2019 - HADİSƏ

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 12 m² olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti