Ankarada Kamal Kılıçdaroğluna hücum etmək istəyiblər

22:30 - 21 Aprel 2019 - DÜNYA

Ankarada Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücum etmək istəyiblər.

Bir qrup şəxs şəhərin Çubuk rayonunda Kılıçdaroğluna hücum etməyə cəhd edib, ancaq partiya liderinin mühafizəsi cəhdin qarşısını alıb və onu yaxınlıqda yerləşən evlərdən birinə aparıb.Hadisə yerinə ölkənin milli müdafiə naziri Xulusi Akar gəlib. Yalnız bundan sonra Kılıçdaroğlunu evdən çıxarıblar və zirehli maşında aparıblar.

Hadisə ilə bağlı araşdlırma aparılır./trend

Xəbər xətti