Sürücülər AAYDA-nın avtovağzal ərazisində apardığı təmirdən Narazıdır

17:16 - 21 Aprel 2019 - Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında təmir işləri aparır. 

Ərazidə aparılan təmir işləri sürücülərin narazılığına səbəb olub. Belə ki, Agentlik avtovağzalın yaxınlığında yerləşən dairənin ərazisini genişlənidirir. Sürücülərin Ucnoqta.az-a verdiyi məlumata görə, günün istənilən vaxtında tıxac olan bir ərazidə son bir neçə il ərzində ücüncü dəfədir təmir aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dairəni böyütməklə yolu daha da daraldır. Hazırda şəkildə gördüyümüz bu dairəninin ərazisini iki dəfə böyüdürlər və görünən odur ki, təmirin sonunda yol daha da daralacaq.

Həm avtovağlaza daxil olan, həm avtovağzaldan çıxaraq Sumqayıt və şəhərətrafı qəsəbələrə gedən nəqliyyatın istifadə etdiyi yolu daraldaraq ortada böyük bir təpə yaratmağın səbəbi barədə yəqin ki, Agentliyin bir izahı var.

İstirahət günü olduğundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı.

Xəbər xətti