Asiyalı uşaqların sağlam olmasının 13 SİRRİ

16:44 - 21 Aprel 2019 - DİGƏR

Elmi araşdırmalara görə, yapon uşaqları digər ölkələrin uşaqlarına nisbətdə daha sağlam olurlar. Trending post-a görə, buna səbəb onların daha sağlam həyat tərzi keçirmələri ilə bağlıdır. Əksər asiya ölkələrində uşaqları sağlam mühitdə tərbiyə edir, onlara sağlam ənənələri öyrədirlər.

Ucnoqta.az onlardan bəzilərini sizə təqdim edir:

1. Görmə qabiliyyəti
Bəzi çin məktəblərində uşaqların gözlərinin sağlamlığı üçün sinif stollarında maneələr qoyulub. Hesab edirlər ki, uşaqların kitaba daha yaxından baxması görmə qabiliyyətini zəiflədir. Həmin maneə şagirdin kitaba və ya dəftərə müəyyən məsafədən baxmasını təmin edir. Həmçinin onların düzgün əyləşməsini saxlayır.

2. Göz massajı
Çinin əksər məktəblərində birinci sinifdən başlayaraq uşaqlara göz massajı etmək vərdişini öyrədirlər. Onların fikrincə göz massajı göz əzələlərinə və qan damarlarına xeyirlidir. Bu sxemə gözətrafı zonanın massajı da daxildir. Uşaqlara bunu gün ərzində iki dəfə etmək tövsiyyə olunur.

3. Açıq havada məşğələ
Çinin bütün ərazisində məşğələlərin açıq havada keçirilməsi hamı tərəfindən qəbul edilib. Bu orqanizmə D vitaminin qəbulunu təmin edir. Hesab edirlər ki, təmiz havada gəzinti isə sinifdə stress halını aşağı salır, uşağın psixoloji durumuna yaxşı təsir göstərir və onların yaxşı oxumasına təsir göstərir.

4. Tibbi üz maskalarından istifadə
Qış aylarında insanlar daha tez xəstələnir. Yaponiyada xəstə və allergiyası olan insanlar tibbi maskalardan istifadə edirlər ki, bu da mikroblarla yoluxmanın qarşısını alır. Uşaqlar da xəstələnəndə bu maskalardan istifadə edirlər.

5. Dərslərin onlayn keçirilməsi
Hava şəraiti kəskin pis olduqda uşaqların dərslərə getməsi çətinləşir. Bu zaman müəllim birbaşa boş sinifdən onlayn dərsi keçir. Bu praktika olduqca müsbət üstünlüyə malikdir. Çünki əgər pis havaya görə məktəb bağlanıbsa uşaqlar təhlükəsiz şəraitdə evdə tədrisini davam etdirir.

6. Müxtəlif qidalardan istifadə
Yaponlarda ac uşaqlara yardım məqsədilə xüsusi yemək proqramı vardır. Bu qayda  İkinci Dünya müharibəsindən sonra başlanıb. Onların mətbəxi qərb yeməklərinə bənzəmir: az miqdarda düyü, balıq və tərəvəzdən ibarət olur.

7. Aktiv istirahət
Uşaqların fiziki hərəkətlər etmək və günəş işığı üçün aktiv istirahəti vacibdir. Buna görə, Cənubi Koreyada açıq havada tədbirlər keçirilir.

8. Piyada gəzmək
Asiyanın əksər ərazilərində piyada gəzmək vacib fiziki aktivlik hesab edilir. Bəzi asiya ölkələrində uşaqlar məktəbə nəqliyyat vasitəsilə deyil piyada gedir.

9. İnternetdən asılılığın monitorinqi
Demək olar ki, bütün dünyada uşaqlaın internetdən asılılığı problemə çevrilib. Cənubi Koreyada belə hallara az rast gəlinir. Ölkədə bunun qarşısını  almaq üçün xüsusi qaydalardan istifadə olunur. Hökumət gənclərin internetdən asılılığının qarşısını almaq üçün düşərgələr, rebilitasiya mərkəzləri, müalicə mərkəzləri təşkil edib. Hətta 16 yaşdan aşağı uşaqların internetdən istifadəsini qadağan edən qanun da qəbul ediblər.

10. Uşaqlara daha çox sərbəstlik verilir
Yapon uşaqları sərbəst özləri məktəbə gedir, ev işləri ilə məşğul olur, sinfin təmizliyini saxlayırlar. Bu onların müstəqil və məsuliyyətli böyüməsinə kömək edir. Müstəqil olmaq xarakterlərini möhkəmlədir, başqalarından asılılığını aradan qaldırır.

11. Sağlam qida
Yaponiyada yemək zamanı əsas qidanı tərəvəz təşkil edir.  Balıq istisna olmaqla menyuda ətdən az istifadə olunur və vacib hesab edilmir. Yağlı, süd məhsulları və şirniyyat qidaları yapon dietasında demək olar ki yoxdur.

12. Uşaqlar çay içir
Çin, Yaponiya kimi ölkələrdə uşaqlara kola və ya spirtsiz digər içkilər deyil çay içmək tövsiyyə olunur. Bu biz fikirləşdiyimiz çay deyil, otlardan hazırlanmış yaşıl çaydır ki, bu da insanın sağlamlığı üçün çox faydalıdır.

13. İnnovativ tapşırıqlar
Asiya ölkələrində xüsusi qeyd olunur ki, uşaqlar üçün fiziki aktivlik onların sağalamlığı üçün əsas vasitədir. Məktəblərdə fiziki aktivliyin müxtəlif formalarından (rəqslər) istifadə olunur.

Xəbər xətti