Kilsədə partlayış anı - Video

14:37 - 21 Aprel 2019 - Xəbər

Xəbər verdiyimiz ki, bu gün Asiya ölkəsi Şri-Lankanın müxtəlif şəhərlərində ümumilikdə 8 partlayış törədilib.

Onlardan 3-ü kilsələrdə baş verib. “Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, kilsədəki partlayışlardan birini hərəkət olan avtomobillərdən birinin kamerası çəkib.

Qeyd edək ki, partlayışdan sonra ölkədə dərslər iki günlük dayandırılıb. Ölkədə 18:00-dan başlayaraq səhər saat 6:00-a qədər komendant saatı elan edilib. Bundan başqa, yalan məlumatların yayılmasının qarşısını almaq məqsədilə sosial şəbəkələrə giriş bağlanıb.

Son məlumatlara görə, partlayışlardan ümumilikdə 185 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Ölənlərdən 35 nəfərin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Xəbər xətti