Bakıda sərnişin avtobusu avtomobillə toqquşdu: 5 yaralı

09:59 - 21 Aprel 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil. ("Report")

Xəbər xətti